Bakıda sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması müzakirə ediləcək
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 5 illiyinə həsr olunmuş “Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, DOST Agentliyinin və Bakı Dövlət Universitetinin birgə təşkil etdikləri konfrans dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək. Konfrans materialları jurnal formasında Bakı Dövlət Universiteti və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək (2023), eləcə də çap formatında nəşr olunacaq (2024).
Konfransda iştirak etmək istəyən şəxslər məqalələrini 2023-cü il dekabrın 5-dək [email protected] elektron poçt ünvanına göndərə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 86 ünvanına birbaşa təqdim edə bilərlər.