Bakıda Xəzəryanı ölkələrin Əlaqələndirmə Komitəsinin 16-cı sessiyası başa çatmışdır
Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə keçirilən Xəzəryanı ölkələrin Əlaqələndirmə Komitəsinin (KASPKOM) 16-cı sessiyası işini başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, sessiyada Xəzəryanı ölkələrin hidrometeoroloqları, Dünya Meteorologiya Təşkilatının, BMT-nin Ətraf Mühit Proqramının, gəmiçilik və aviasiya təşkilatlarının, QHT-lərin nümayəndələri iştirak etmişlər.
İki gün davam edən sessiyada operativ dəniz hidrometeorologiya xidməti və hidrometeoroloji müşahidə şəbəkəsinin vəziyyəti, Xəzər dənizinin çoxillik səviyyə tərəddüdləri və suyun temperaturu kataloqunun hazırlanması üzrə görülən tədbirlər, aparılan elmi-tədqiqat işləri ilə bağlı məruzələr dinlənilmişdir.
Sessiyada, həmçinin KASPKOM və Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq proqramlar çərçivəsində aparılan əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə edilmişdir.
KASPKOM-un 17-ci sessiyasının 2012-ci ilin oktyabr-noyabr aylarında Türkmənistanda və ya Qazaxıstanda keçirilməsi barədə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]