BALAKƏNDƏ ÜMUMMİLLİ LİDERƏ SONSUZ MƏHƏBBƏT VAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimin əvvəlində toplantı iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu barədə ətraflı məlumat verdi və onun Vətən, xalq qarşısındakı tarixi xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsindəki müstəsna rolundan danışdı. Toplantıda çıxış edən natiqlər böyük öndərə sonsuz məhəbbət və tükənməz ehtiramlarını bir daha ifadə edərək Heydər Əliyevin nurlu və əziz xatirəsinin balakənlilərin qəlbində daim yaşayacağını və heç vaxt yaddaşlardan silinməyəcəyini vurğuladılar. Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun, ideya və arzularının bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsi xüsusi olaraq qeyd edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]