“Bavariya” rəhbərliyi Noyerə yeni müqavilə təklif edib
Bakı, 13 oktyabr, AZƏRTAC
Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer ilə klub rəhbərliyi arasında danışıq olub.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı 35 yaşlı qapıçı Münhen klubundakı karyerasını bitirmək istədiyini bəyan edib. Lakin klub rəsmiləri bunu qəbul etməyiblər. Əvəzində qapıçıya yeni müqavilə təklif olunub.
Xatırladaq ki, 2011-ci ildə “Şalke”dən “Bavariya”ya transfer olunan Noyerin hazırkı müqaviləsi 2023-cü ildə başa çatacaq. Noyer cari mövsüm Bundesliqada keçirdiyi 7 oyundan 2-sində qapısını toxunulmaz saxlamağı bacarıb. 2009-cu ildən Almaniya millisinə çağırılan Noyer 2014-cü ildə milli komandanın heyətində dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]