Bayram tətilini Qaxdakı “El Resort” otelində keçirənlər məmnun qalmışlar
Qax, 4 yanvar (AZƏRTAC). 2011-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “El Resort” otel kompleksi Qax rayonunda turizmin inkişafına böyük töhfələr verir. Otelin əsas özəlliklərindən biri onun turizm üçün son dərəcə əlverişli, füsunkar məkanda yerləşməsidir. Qədim kənd və müasir şəhər elementlərini özündə birləşdirən otel ilin bütün fəsillərində turistlər üçün əsl istirahət məkanıdır.
“El Resort” otelinin meneceri Şamil Əfəndiyev AZƏRTAC-a bildirmişdir ki, builki bayram tətilini, yeni ilin ilk günlərini burada keçirənlər yaradılan şəraitdən razı qalmışlar. Oteldə gün ərzində 130-140 qonaq istirahət etmişdir. Turistlərin böyük əksəriyyəti ailəvi istirahət edənlər olmuşdur. Dördgünlük bayram paketinə səhər, nahar və şam yeməkləri ilə yanaşı, şou-əyləncəli proqramlar, rayonun tarixi abidələrinə, görməli yerlərinə ekskursiyalar da daxil edilmişdir. Qonaqlar Azərbaycan və dünya mətbəxinin ən ləziz yeməkləri ilə yanaşı, yalnız bu yerlərə məxsus olan “sürhüllü” və digər xəmir xörəklərindən dadmışlar. Dekabrın 31-də otelin yeni istifadəyə verilmiş Konfrans Mərkəzində qonaqlar üçün şou-əyləncəli Yeni il gecəsi proqramı da təşkil olunmuşdur. İstirahət edənlər oteldə fəaliyyət göstərən qapalı idman-sağlamlıq kompleksi, üzgüçülük hovuzu, oyun meydançaları, kino zalı və digər xidmətlərdən yararlanmış, bayram günlərini olduqca mənalı və səmərəli keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]