Belçikanın “Glocal Communications SPRL” şirkəti Azərbaycanın turizm potensialını əks etdirən sənədli film çəkir
Bakı, 4 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Belçikanın “Glocal Communications SPRL” şirkətinin 4 nəfər əməkdaşı Azərbaycanda səfərdədir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Fransanın “TV 5 Monde”, Belçikanın “La Une” və Almaniyanın “TV Berlin” telekanallarında yayımlanmasıdır.
Bununla əlaqədar iyunun 4-dən 8-dək Bakı şəhərində və Quba rayonunda çəkilişlərin aparılması nəzərdə tutulmuşdur.
Səfər zamanı Azərbaycanın tarix və arxitektura abidələrinin, muzeylərinin, dini yerlərinin, müasir infrastrukturunun çəkilişləri planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]