“Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” mövzusunda təlim kursu başa çatmışdır
Bakı, 8 noyabr (AZƏRTAC). “Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə noyabrın 2-dən 6-dək Qəbələ rayonunun Vəndam kəndindəki “Duyma” sağlamlıq-istirahət mərkəzində "Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması" layihə çərçivəsində “Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” mövzusunda 5 günlük təlim kursu keçirmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, təlimdə ərizə forması ilə muraciət edən 72 nəfər arasından seçilmiş 15 rayonu təmsil edən 18 gənc iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev Azərbaycanda turizmin inkişaf perspektivlərindən danışmışdır. O, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində yaradılan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin bu qayğının bariz nümunəsi olduğunu bildirmişdir.
Kurs müddətində təlimçilərdən Südabə Babazadə və Bahar Adayeva tərəfindən iştirakçılara təlim proqramında nəzərdə tutulan mövzular ətraflı şəkildə izah olunmuşdur.
Təlim kursu çərçivəsində “Şahdağ” Milli Parkı rəhbərliyinin dəstəyi ilə parkın İsmayıllı rayonunun Buynuz kəndi ərazisinə təcrübə turu təşkil olunmudur. Park ərazisində iştirakçılar əməli məşğələlərə cəlb edilmişlər.
“Qeydiyyatçı xidməti sahəsində peşəkar gənclərin hazırlığı” mövzusunda növbəti təlim kursunun noyabrın 30-dan dekabrın 4-dək Lerik rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.