“BƏRDƏ YAĞ-PENDİR” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ İLƏ TANIŞLIQ
Prezident İlham Əliyevə məlumat verildi ki, ASC-nin süd emalı sexinin sutkalıq gücü 25-30 tondur. Hazırda gündə 5 ton süd qəbul olunur, müxtəlif növdə pendir, habelə qatıq, xama, ayran, kərə yağı, kəsmik və cürbəcür çeşiddə dondurmalar buraxılır.
Müəssisədə ət məhsulları da istehsal olunur. Bu istehsal sahəsinin sutkalıq gücü bir tondur. Hələlik isə gün ərzində 300 kiloqram müxtəlif kolbasalar və sosiska istehsal edilir. Müəssisədə 50 yeni iş yeri açılmış, xammala olan tələbatı ödəmək üçün min nəfərdən çox sahibkarla müqavilə bağlanmışdır.
Azərbaycan Prezidenti müəssisədə görülən işləri yüksək qiymətləndirərək tövsiyələrini verdi, belə istehsal obyektlərinin yaradılmasının əhəmiyyətini vurğuladı.