BİR QRUP KANADALI ALİM VƏ HÜQUQŞÜNAS BU İLİN YAZINDA AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, assosiasiyanın Azərbaycanla Kanada arasında əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın inkişafına dair layihəsi Kanada dövləti tərəfindən müsbət qarşılanmışdır. Hər iki ölkənin iqtisadi və siyasi maraqlarına uyğun olan bu layihənin həyata keçirilməsi üçün Kanada Fondundan maliyyə yardımı ayrılmışdır.
Layihəyə görə, bir qrup kanadalı alim və hüquqşünas bu ilin yazında Azərbaycana səfər edəcəkdir. Səfərdən məqsəd Azərbaycanda həyata keçirilən iqtisadi, hüquqi və siyasi islahatlarla yaxından tanış olmaqdır. Qrup Azərbaycanın bəzi regionlarında fəaliyyət göstərən kiçik, orta və böyük biznes strukturlarının rəhbərləri üçün informasiya, idarəetmə, marketinq və statistika sahələri üzrə təlim proqramları təşkil edəcəkdir. Proqramda, həmçinin bəzi strukturlara texniki yardımların göstərilməsi də nəzərdə tutulmuşdur.
Layihə Kanadanın Turkiyədəki səfirliyinin dəstəyi ilə həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]