Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin yeni sədri seçilmişdir
Bişkek, 27 yanvar (AZƏRTAC). Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) hesabat-seçki yığıncağı keçirilmişdir.
Tədbirdə Qırğızıstan Xalqları Assambleyasının nümayəndələri, Azərbaycanın bu ölkədəki səfirliyin əməkdaşları, digər mədəniyyət mərkəzlərinin təmsilçiləri iştirak etmişlər.
İclasda AMM-in yeni idarə heyəti seçilmişdir. Mərkəzin nizamnaməsinə uyğun olaraq idarə heyəti səsvermə yolu ilə AMM-in yeni rəhbərini seçmişdir.
Qırğızıstanın Əməkdar Hüquqşünası, birinci dərəcəli ədliyyə müşaviri Əziz Əliyev AMM-nin sədri seçilmişdir.
Qırğızıstanın Əməkdar Mühəndisi Əsəd Həsənov, professor Zakir Qəmərli və başqaları yeni seçilmiş idarə heyətini və sədrini təbrik etmiş, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, Azərbaycan həqiqətlərini qardaş ölkədə təbliği işində onlara uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, Qırğızıstan ilə Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]