Böyük Britaniya Parlamentində 20 Yanvar faciəsindən bəhs olunub
London, 20 yanvar, AZƏRTAC
Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun sədri Bob Blekmen parlamentin iclasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar çıxış edib.
AZƏRTAC xəbər verir ki, qrupun sədri sovet qoşunlarının Azərbaycanda müstəqillik hərəkatının boğulması məqsədilə Bakıda xeyli sayda mülki şəxsi qətlə yetirməsinə diqqət çəkib. O, Britaniya hökumətini Qara Yanvar faciəsi nəticəsində həyatını itirənlərin yaxınlarına, bütövlükdə Azərbaycan xalqına başsağlığı və həmrəylik mesajı verməyə dəvət edib.
İcmalar Palatasının lideri Penni Mordont Qara Yanvar faciəsinin ildönümünə diqqət çəkdiyinə görə B.Blekmenə minnətdarlığını bildirib, Azərbaycan tarixinin mühüm hissəsi olan bu kədərli günün Birləşmiş Krallıqda hələ də bir çoxları tərəfindən xatırlandığını vurğulayıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:19]
BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir
- 28.09.2026 [18:03]
“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]