Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda konfrans keçirilib

Naxçıvan, 15 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda çıxış edən universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Azərbaycan” qəzetinin 2021-ci il 4 iyun tarixli sayında dərc olunmuş, bir sıra mərkəzi informasiya agentliklərinin saytlarında, muxtar respublikanın kütləvi informasiya vasitələrində yer alan “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” adlı konseptual məqaləsini təhlil edib. Qeyd olunub ki, məqalədə Ümummilli Liderin unikal, təkrarolunmaz liderlik fəaliyyəti, böyük xilaskarlıq missiyası, eləcə də Azərbaycanı regionun liderinə çevirəcək İlham Əliyev kimi bir siyasi xadimə etibar etməsi elmi-siyasi cəhətdən dərin təhlil edilib.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, siyasi nəzəriyyələrdə müxtəlif meyarlara görə liderlərin tipologiyasını aparırlar. Bu, liderliyə hansı aspektdən və hansı sosial-siyasi kontekstdə yanaşmadan asılı olur. Bunlardan başqa, liderləri təsir miqyaslarına görə də təsnifatlandıran nəzəriyyəçilər vardır. Müasir nəzəri təlimlərdə Ümummilli Liderlər, bütövlükdə, xalq və dövlət miqyasında, həm də ölkə masştabından kənarda da real liderlik edə bilən şəxsiyyətlər kimi səciyyələndirilir. Onlar mövcud sosial-siyasi, iqtisadi və geosiyasi vəziyyəti ciddi surətdə dəyişmək qüdrətinə malik olurlar. Ümummilli Liderlər ölkənin sosial-siyasi strukturunu yenidən təşkil edə bilirlər. Azərbaycan xalqının Ulu Öndəri, görkəmli dövlət xadimi Heydər Əliyev liderlikdən Ümummilli Liderliyə qədər inkişaf edən və həm ölkəsində, həm də dünyada əsl lider olaraq qəbul edilən fərqli şəxsiyyətdir. Liderlik haqqında dünya təlimindəki əsas keyfiyyətlər Heydər Əliyevin simasında ümumiləşir.

Heydər Əliyev postsovet məkanında yeganə ölkə rəhbəri və Prezident idi ki, görkəmli dövlət başçısı funksiyasını Ümummilli Liderliklə üzvi surətdə birləşdirə bilmişdi. Müasir siyasi-hüquqi təlimlərin görkəmli yaradıcılarının qənaətinə görə, hər bir rəhbər millətə real lider ola bilmir və əksinə, heç də hər liderin ölkəyə səmərəli rəhbərlik etməyi bacarmadığı halları olur. Bununla bağlı tarixdə və günümüzdə kifayət qədər misallar var. Bu səbəbdəndir ki, Heydər Əliyevin Ümummilli Lider kimi yüksək dövlətçilik-idarəçilik qabiliyyəti və bacarığı ilə dövlətə yüksək səviyyəli rəhbərliyi bir-birini üzvi surətdə tamamlayır. Məsələnin bu cəhətdən təhlili digər vacib məqamlarla yanaşı, Heydər Əliyevin Azərbaycanda müasir liderlik ənənəsinin banisi və həm də dünya miqyaslı lider olmasının əsas parametrlərini dərk etməyə şans yaradır. Heydər Əliyev liderliyi qüdrətli Ümummilli Lider səviyyəsinə qaldırmış nadir dövlət xadimlərindən biridir. Bu qeyri-adi liderlik istedadına malik olan dövlət xadiminin keçirdiyi çətin, məsuliyyətli və şərəfli yolun təcrübəsi əsasında Ulu Öndərin liderlik istedadının başlıca təşkiledici prinsiplərini müəyyənləşdirmək mümkündür.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev lider və dövlət başçısı kimi unikal, təkrarolunmaz və XX əsrdə kimsənin yaşamadığı ibrətamiz həyat və mübarizə yolu keçmişdir. Heydər Əliyev yeganə siyasi xadimdir ki, iki böyük tarixi-siyasi epoxada və keçid dövründə Ümummilli Lider statusuna yüksələ bilib. Keçmiş sovet hakimiyyəti mərhələsində də, müstəqillik dövründə də Heydər Əliyev təkrarsız liderlik istedadına malik görkəmli dövlət xadimi olduğunu isbat edib. Bu dahi şəxsiyyətin çətin və mürəkkəb tarixi şəraitdə Naxçıvan Muxtar Respublikasını işğaldan xilas etməsi, yaşatması və inkişaf etdirməsi, bu həssas regionda Azərbaycanın ərazi bütövlüyünü qoruyub möhkəmləndirməsi də əsl liderlərə xas olan böyük xilaskarlıq missiyasının yüksək səviyyədə həyata keçirilməsinin nümunəsidir.

Vurğulanıb ki, Heydər Əliyev hələ sovet dövründə elan olunmamış Ümummilli Lider kimi fəaliyyət göstərə bilib. Və bu reallıq o dərəcədə məsuliyyətli idi ki, qısqanc SSRİ rəhbərləri içərisində həmin miqyasa çatmaq və onu qoruyub saxlamaq ayrıca qabiliyyət, xüsusi liderlik tələb edirdi. Heydər Əliyev Sovet İttifaqı dövründə SSRİ-yə daxil olan müttəfiq respublikalardan birinin liderliyindən Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini səviyyəsinə yüksəlmək qədər böyük missiyanı gerçəkləşdirib və özünün böyük liderlik istedadı ilə həm də qoruyub saxlamağı və yaşatmağı da uğurla həyata keçirib. Bu mənada, Heydər Əliyevin SSRİ dövründəki özünəməxsus Ümummilli Liderlik fəaliyyətinin əsas məqamlarının nəzəri-hüquqi baxımdan geniş tədqiq edilməsi ölkə və dünya üçün də əhəmiyyətlidir. Çünki ikinci elə bir nümunə yoxdur ki, ərazicə kiçik respublikada bütün fəaliyyət sahələri mərkəzdən idarə edildiyi şəraitdə ölkə rəhbəri SSRİ rəhbərliyinin razılığı olmadan real surətdə xalqa liderlik edə bilsin, onun təhlükəsizliyini, mövcudluğunu və inkişafını bacarmaq vəzifəsini qətiyyətlə həyata keçirsin. Sovet dövründə Heydər Əliyevin xalqla bir olması təcrübəsi insanlarda bu qüdrətli Liderə böyük inam, yüksək ehtiram və etibarlılıq hissi yaratmışdı. Bu nəinki Azərbaycanın və Türk dünyasının siyasi ənənəsində, hətta dünya miqyasında tarixi hadisə idi.

Sovetlər birliyi dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli kadrların hazırlanması, iqtisadi, mədəni və digər sahələrdə böyük nailiyyətlərin əldə olunduğunu bildirən Seymur Talıbov qeyd edib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir əsrdə ikinci dəfə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Həmin dövrdə ölkəyə səriştəsiz adamların rəhbərlik etməsi və düşmənin respublikamızın ərazi bütövlüyünə davamlı təcavüzü, bütövlükdə, xalqımızı “ölüm-qalım” faktı qarşısında qoymuşdu. Məhz belə çətin məqamda tale ikinci dəfə Heydər Əliyevə lider-xilaskar rolunu həyata keçirmək üçün imkan yaradıb. Xalqın tələbi və dəstəyi ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev faktiki olaraq Xilaskar Lider missiyasını həyata keçirib. Heydər Əliyev qısa müddətdə bu çətin tarixi mərhələdə də siyasi liderliklə Ümummilli Liderliyin və dövlət rəhbərliyi ilə ümummilli maraqların sintezini yarada bilən şəxsiyyət olduğunu sübut edib.

Heydər Əliyevin lider və dövlət başçısı kimi böyük xidmətləri sırasında siyasi varisliyi yüksək səviyyədə təmin etməsinə ayrıca toxunan Seymur Talıbov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünya və ölkə miqyaslı siyasi lider kimi yetişdirməklə Heydər Əliyev Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısında misilsiz tarixi xidmət göstərib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, o, Heydər Əliyev məktəbini yüksək səviyyədə mənimsəyib və yeni tarixi epoxanın irəli sürdüyü çağırışları qabaqlayıb, mühüm strateji zəkaya və praktik səmərəli fəaliyyət metodlarına malik olan dünya miqyasında yeni liderdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur. Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın söz sahibi olan əsl liderlərindən biri kimi qəbul edilir.

Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin mükəmməl dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində özünün əsas siyasi-ideoloji və iqtisadi dayaqlarını qurub möhkəmləndirib. Bu gün Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Əməkdaşlıq Şurasında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız superdövlətlərlə müqayisə oluna bilər.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Böyük liderlik missiyası” adlı filmə baxış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib