Braziliya millisi Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin qalibi olub
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Bakıda futvolley üzrə açıq beynəlxalq turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Dalğa Beach”də təşkil olunan turnirdə 8 komanda birincilik uğrunda mübarizə aparıb.
Üçüncü yer uğrunda görüşdə İran millisini 2:0 hesabı ilə məğlub edən Hollandiya yığması turniri üçüncü pillədə başa vurub.
Qızıl medal uğrunda görüşdə Braziliya və Avstriya seçmələri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada braziliyalılar 2:0 hesabı ilə qalib gələrək Bakı turnirinin baş mükafatına sahib olublar.
Azərbaycan millisi turniri beşinci pillədə başa vurub.