Bu gün Azərbaycan Kubokunda 1/8 finalın son iki iştirakçısı bəlli olacaq
Bakı, 31 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə meydana “İmişli” və “Cəbrayıl” komandaları çıxacaq. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq görüş saat 14:00-da başlayacaq.
Saat 15:00-da isə “Qəbələ” “Baku Sportinq”i sınağa çəkəcək. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” “Karvan”ı 3:0, “Difai” isə “Şəfa”nı 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]