Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümünə start verilir
Bakı, 12 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasında 2020-2021-ci il mövsümünə start verilir.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk turu 3 günü əhatə edəcək.
Yeni mövsümün açılış matçında “Arsenal” səfərdə “Fulhem” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Bundan başqa, saat 18:00-da “Kristal Palas”-“Southemton”, saat 20:30-da isə iki qarşılaşma - “Liverpul”-“Lids” və “Vest Ham” - “Nyukasl Yunayted” matçları keçiriləcək.
Sentyabrın 13-də saat 17:00-da İngiltərə çempionatında “Vest Bronviç”-“Lester Siti”, saat 19:30-da isə “Tottenhem”-“Everton” oyunları təşkil olunacaq.
Tura sentyabrın 14-də “Şeffild Yunayted”-“Vulverhempton” və “Brayton”-“Çelsi” oyunları ilə yekun vurulacaq. Bu oyunlar müvafiq olaraq saat 21:00-da və 23:15-də başlayacaq.
İngiltərə Premyer Liqasının yeni mövsümündə 20 klub çempionluq uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]