Bu il Naxçıvanda 6 minə yaxın mülkiyyət hüququnun qeydiyyatı aparılıb
Naxçıvan, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul aylarında Naxçıvanda daşınmaz əmlak üzərində 5947 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Yanvar-iyul aylarında fərdi yaşayış və bağ evi üzərində 2095, mənzil üzərində 969, torpaq sahəsi üzərində 2509, qeyri-yaşayış binası üzərində 90, qeyri-yaşayış sahəsi üzərində 261, əmlak kompleksi üzərində 22, çoxmənzilli yaşayış binası üzərində isə 1 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb
- 15.10.2026 [13:02]