Bu il Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq
Qax, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2023-cü ildə Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Baş rejissor bildirib ki, bu il teatrın səhnəsində Osman Abdullayevin “Sehirli torba”, “Tülkü və quyruq”, Astrid Lindqrenin “Uzuncorab Peppi” və Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsərləri tamaşaya qoyulacaq.
Yaradıcı kollektiv artıq “Sehirli torba” tamaşası üzərində hazırlıq işlərinə başlayıb, rol bölgüsü aparılıb. Tamaşanın rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşa uşaqlara martın sonunda təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:45]
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər
- 13.10.2026 [20:34]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]
Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO
- 13.10.2026 [19:41]