Azərbaycan Dövlət İnformasiya Agentliyi

BUDAPEŞTDƏ XOCALI SOYQIRIMININ NÖVBƏTİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Budapeşt, 27 fevral (AZƏRTAC). Fevralın iyirmi altısında Budapeştdə, Macarıstan Müdafiə Nazirliyinin Hərbi Tarix Muzeyinin böyük zalında Xocalı soyqırımının növbəti ildönümünə həsr edilmiş tədbir keçrilmişdir. Azərbaycanın Macarıstandakı səfirliyi və Macarıstan MN Hərbi Tarix Muzeyi tərəfindən təşkil edilmiş bu sərgi macar və Azərbaycan xalqlarının tarixində 1956-cı, 1990-cı və 1992-ci illərdə baş vermiş üç faciəli hadisəyə həsr edilmişdi.

Tədbirin əvvəlində Macarıstan Müdafiə Nazirliyi Hərbi Tarix İnstitutunun və Hərbi Tarix Muzeyinin direktoru general-polkovnik Yojef Xollo və Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov çıxış etmişdir.

İnstitutun və muzeyin direktoru Macarıstan ilə Azərbaycan arasında əlaqələrin genişlənməkdə olduğunu vurğulamış, Macarıstan-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini ətraflı şərh etmişdir. O demişdir ki, Macarıstanda qardaş Azərbaycan xalqının 1990-cı və 1992-ci illərdə verdiyi günahsız qurbanlarla bağlı kədərə şərik olurlar.

Sonra Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov çıxış etmişdir. O vurğulamışdır ki, ölkələrimizin tarixindəki faciəli hadisələr arasında bir ortaq cəhət var - bu hadisələrin hər birində müstəqilliyə can atan, azadlıq eşqi ilə yaşayan xalqlara, tamamilə əliyalın insanlara qarşı silah tətbiq edilmişdir. 1956-cı ildə Budapeştdə də belə olmuşdur, 1990-cı ildə Bakıda da, 1992-ci ildə Xocalıda da. Stalin modelinə əsaslanan totalitar imperiya macarların və azərbaycanlıların azadlığa can atması, dinc yolla müstəqilliyə nail olmaq arzusu ilə barışa bilmirdi. Buna görə də həmin imperiya həm öz əli ilə, həm də qonşu respublikalardan olan itaətkar marionetlərin əli ilə bu mübarizəni qan içində boğmaq yolu seçmişdi. Totalitar sovet sistemi 1956-cı ildə macarların, 1990-cı ildə isə azərbaycanlıların dinc etirazlarını qan tökməklə boğdu və bununla da kifayətlənməyib, Azərbaycanın tarixi torpaqlarını ələ keçirmək məqsədi güdən Ermənistanı silahla təchiz etməyə başladı. Macarıstanda və Azərbaycanda törədilən faciələr oxşar ssenari üzrə təşkil edilmişdir. Hər iki ölkədə DTK-nın təhriki ilə törədilən hadisələr zorakılıq, dinc şəhərlərin küçələrinə tanklar yeridilməsi, sakinlərin gülləbaran edilməsi ilə müşayiət olunurdu.

Səfir demişdir: “Sovet ordusu tərəfindən Budapeştdə və Bakıda, ermənilər tərəfindən Xocalıda dinc sakinlərin gülləbaran edilməsindən söhbət açan bugünkü sərgi bu zalda yanvarın 20-də açılmışdır. Ötən ay yarım müddətində bu sərgiyə çox adam baxmışdır. Bu sərginin səciyyəvi cəhəti ondan ibarətdir ki, Azərbaycan xalqının üzləşdiyi faciələrə ilk dəfə olaraq Avropada törədilmiş analoji hadisələr prizmasından baxılmışdır. Beləliklə, 20 il əvvəl dinc bakılıların gülləbaran edilməsi 1956-cı ildəki Budapeşt hadisələri ilə bir sıraya qoyulmuş və paralel mövqedən təqdim edilmişdir”.

Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü və erməni hərbçilərinin 18 il bundan əvvəl Xocalıda törətdiyi dəhşətli cinayət barədə də məlumat vermişdir. O, auditoriyaya toplaşanlara xatırlatmışdır ki, Ermənistanda bu ölkənin vətəndaşları tərəfində törədilmiş soyqırımına görə nəinki xəcalət çəkmirlər, hətta bununla fəxr edirlər. Məsələn, yüksək vəzifəli erməni məmurlarından biri demişdir: “Biz (ermənilər) Xocalıda azərbaycanlıların şüurunda kök salmış belə bir stereotipi məhv etməyə nail olduq ki, guya biz mülki əhaliyə atəş aça bilmərik”.

H.Həsənov bu sərginin təşkil olunmasında iştirak etmiş Macarıstan tərəfinə təşəkkürünü bildirmişdir. O xatırlatmışdır ki, Azərbaycanda macar döyüşçulərinin İkinci Dünya müharibəsi dövründən qalmış məzarları nəinki dağıdılmır, hətta bu məzarlar dövlətin nəzarətindədir. Halbuki keçmiş SSRİ respublikalarının çoxunda bu mənada vəziyyət tamam başqadır. Məsələn, Ermənistanda İkinci Dünya müharibəsində əsir düşmüş döyüşçülərin dəfn edildiyi məzarlıq yerlə-yeksan edilmişdir. Səfir demişdir: “Azərbaycanlılar müsəlman olduğu halda onların macarların məzarlarına qulluq etməsi, həmin məzarların üstünə xaç qoyması faktı xalqımızın dini və etnik tolerantlığına ən parlaq sübutdur”.

Sərgiyə gələnlərin diqqətinə Budapeştdə və Bakıda qanlı faciələri əks etdirən fotoşəkillər və uşaqların Xocalı faciəsi mövzusunda çəkdiyi rəsmlər təqdim olunmuşdur. Tədbir iştirakçıları arasında Macarıstan ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, Azərbaycan xalqının kədərinə şərik olmaq, bu insanlarla həmrəy olduğunu bildirmək üçün gələnlər də çox idi.

Qeyd etmək lazımdır ki, Xocalı qırğınının ildönümü günündə Budapeştin Mərkəzi Avropa Universitetində təhsil alan azərbaycanlı tələbələr də tədbir keçirmişlər. Həmin tədbirin məqsədi erməni hərbçilərinin cinayətləri barədə həqiqəti Universitetin professor-müəllim heyətinin nəzərinə çatdırmaq idi. Universitetin mərkəzi stendində Xocalı soyqırımı haqqında fotosənədlər və digər materiallar yerləşdirilmişdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı