Cəlilabadda maşın 11 yaşlı yeniyetməni vurub
Cəlilabad, 5 aprel, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda minik avtomobili piyadanı vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Novruzallı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub. Ağır xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub. Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyətinin isə orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb
- 15.10.2026 [13:02]