Cənub bölgəsindəki sürüşmə sahələrində ciddi dəyişiklik baş verməyib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda son günlər ərzində davam edən yağıntılı hava şəraiti nəticəsində cənub bölgəsindəki sürüşmə sahələrində müəyyən qədər aktivləşmə yaranıb. Buna baxmayaraq bu sürüşmə sahələrində heç bir ciddi dəyişiklik baş verməyib.
Bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, ölkənin digər ərazilərindəki sürüşmə sahələrində də ciddi dəyişiklik müşahidə olunmayıb. Onun sözlərinə görə, yağıntılar intensiv şəkildə davam etsə, həmin ərazilərdə sürüşmə sahələri aktivləşə bilər. Bakıətrafı qəsəbələrə gəlincə, burada bir çox ərazilərdə kanalizasiya sisteminin qurulmaması problemlər yaradır. Məişət suları birbaşa torpağa axıdılır. Atmosfer yağıntıları isə bu prosesi bir qədər gücləndirərək sürüşməyə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]