Çaylarda aparılmış araşdırmanın nəticələri açıqlanıb
Bakı, 15 dekabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-140 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 164 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 16 sm artım qeydə alınıb.
Araşdırmalara görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik baş verməyib. Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 380, Şirvanda 255, Salyanda 235, Bankədə 207, Araz çayının Novruzlu məntəqəsində isə 145 sm təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]