Çaylarda mövcud vəziyyət araşdırılmışdır
Bakı, 5 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 90-165, Böyük Qafqazda 100-175, Kiçik Qafqazda 125-135, Naxçıvan MR çaylarında isə 85-90 faizini təşkil edir. Bununla yanaşı, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 155 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 98 kubmetrdir.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 566, Şirvanda 458, Salyanda 445, Bankədə 313, Araz çayının Novruzlu məntəqəsində isə 308 santimetr olmuşdur. Bu isə bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]