Daha üç yunan-Roma güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
Bakı, 9 oktyabr, AZƏRTAC
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, səkkizinci yarış günündə - oktyabrın 9-da 63, 67 və 87 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Bu gün millimizin 3 güləşçisi xalçaya çıxacaq. Belə ki, Taleh Məmmədov (63 kq) türkiyəli Mehmet Çeker, Həsrət Cəfərov (67 kq) ABŞ idmançısı Peyton Omaniya, İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadze ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı medalsız bitiriblər. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]