Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dədə Qorqud” bədii filmi yarıməsrlik yubileyini qeyd edir

Bakı, 31 iyul, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev qeyd edirdi ki, xalq həmişə öz kökünü xatırlamalıdır. Məhz qədim köklər mədəni kimliyi formalaşdırır, ənənələri yaşadır və tarixi bilikləri zənginləşdirir.

Əminliklə demək olar ki, müstəqil Azərbaycan dövlətinin quruculuğu 1969-cu ildən bəri respublikada milli ruhun boğulmasına imkan verməyən, onun qorunub saxlanması və möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə edən Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Bu baxımdan, Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonrakı dövr milli mənlik şüurunun formalaşmasının başlanğıcı kimi qiymətləndirilir. O, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə fəaliyyətini xalqın tarixi yaddaşına qaytarılması əsasında milli qürur hissini keçmiş ideoloji sistemin buxovundan azad etməyə yönəldib. Belə ki, yarım əsr əvvəl Heydər Əliyevin göstərişi ilə Azərbaycanda tanınmış sənət adamlarının iştirakı ilə “Dədə Qorqud” bədii filmi çəkilib.

1995-ci ilin dekabrında Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni seçilmiş üzvləri qarşısında çıxış edən Heydər Əliyev artıq müstəqil Azərbaycan dövlətinin başçısı kimi yenidən xalqın öz köklərinə müraciət etməsinin zəruriliyi məsələsinə qayıdıb. Ulu Öndər vurğulayıb ki, tariximizin kino sənətində əksini tapmalı olduğu hələ çoxlu səhifəsi var. “...Tariximizin hələ çox səhifəsi var ki, onları kinoya salmaq lazımdır. Məsələn, “Dədə Qorqud”un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki gəlin açıq danışaq, elə özümüzün içərisində də çoxları "Dədə Qorqud"u yaxşı bilmirlər. “Dədə Qorqud”u, Azərbaycan xalqının kökünü çoxları yaxşı bilmir. O əsəri oxumaq, - onun dili də çox adam üçün çətindir, - onu dərk etmək də çətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur”, - deyə Ulu Öndər həmin görüşdə vurğulamışdı.

“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan ədəbiyyatının ən qədim abidələrindən biridir və haqlı olaraq dünya ədəbiyyatı xəzinəsinin incisi hesab edilir, həm də xalqımızın uzaq keçmişini tərənnüm edir.

Uzaq əcdadlarımız arasında Azərbaycanın dağ-dərələrində dolaşan, ömrünü yəhərdə, ovda, döyüşlərdə keçirmiş, qocaman ağsaqqal - Qorqud Baba yaşayıb. O, xalqının müdrik tərbiyəçisi olub, oğuzların ənənələri, igidlərin şücaətləri haqqında nəğmələr, nağıllar, rəvayətlər söyləyib.

“Qorqud babamın kitabı” Azərbaycanın orta əsr tarixinin ölməz abidəsidir. Dastan 12 boydan ibarətdir.

“Eposun bütün nəhəng sərvətlərini nümayiş etdirməyi qarşımıza məqsəd qoymadan, filmdə onun ruhunu qorumağa çalışdıq”. Bu sözlər 1975-ci ilin mayında “Azərbaycanfilm” kinostudiyasında oğuzların “Dədə Qorqud” dastanı əsasında çəkilmiş ikihissəli epik filmi təcəssüm etdirir. Film SSRİ və onun hüdudlarından kənarda kinoteatrların ekranlarında “Sönmüş ocaqların işığı” adı ilə nümayiş etdirilib və bəzi mənbələrin göstərdiyi kimi, o vaxtlar təkcə SSRİ-də ona 6 milyona yaxın insan baxmışdı ki, bu da milli kinostudiyadan gələn film üçün əla göstərici idi. 2010-cu ildə Azərbaycan Dövlət Film Fondunun sifarişi ilə məşhur “Dədə Qorqud” epik filmi Rusiyanın “Qosfilmofond”u tərəfindən bərpa edilib.

Xalq yazıçısı Anarın “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı ssenari geniş şöhrət qazanmış rejissor Tofiq Tağızadə tərəfindən böyük məharətlə kino dilinə köçürülmüşdü.

Tənqidçilərin də qeyd etdiyi kimi, ikihissəli “Dədə Qorqud” filmi məzmunun dərinliyi, ideya zənginliyi ilə seçilir. Rejissor orijinal ədəbi mənbənin ruhunu, onun fəlsəfi dərinliyini və emosional təsirini diqqətlə qoruyub saxlayıb.

Dramatik hadisələrin, saysız-hesabsız insan faciələrinin, davamlı müharibələrinin şahidi olduğu bir vaxtda qocaman müdrik Dədə Qorqud hadisələrin mərkəzində dayanır, insanları qoruduqları torpaqda azad əməyə çağırır.

Filmin müəllifləri insanları hadisələrin mərkəzində yerləşdirməklə, sanki onların taleyi, tarixi proseslərdəki rolu haqqında tamaşaçı ilə dialoqa girir, uzaq keçmişdəki hadisələrə müasir baxış təklif edir.

Bundan 40 il sonra kinoya həsr olunmuş portalların birində tamaşaçılardan biri “Lenkinoprokat”da ekrana çıxdığı ildə bu filmə baxmağa imkanının olmadığını qeyd edərək yazırdı: “Filmdə yaxşı operator işi, ifadəli dağ mənzərələri, qəhrəmanların portretləri var... Çox güman ki, tamaşaçıların çoxu qədim türk tayfası haqqında çox az şey bilir. Epik, qəhrəmanlıq, romantik üslub bu ekran əsərini müvafiq janr həvəskarları üçün cəlbedici edir”.

Ssenari üzərində işləyən Anar “Kitabi-Dədə Qorqud”un kinoda təcəssümünü milli şüurun möhkəmlənməsində əsas amil hesab edirdi. Onun fikrincə, bu film əzəmətli, insanların mənəvi yaddaşı üçün mühüm olan ekran əsəridir.

Rejissor T.Tağızadə böyük bir kollektiv toplaya bilmişdi. Filmin musiqisini bəstəkar Emin Sabitoğlu yazıb. Quruluşçu rəssam isə filmin ekranlara çıxmasından sonra - 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adını almış Nadir Zeynalovdur. Filmdə Toğrul Nərimanbəyovun ecazkar rəsmlərindən də istifadə olunub. Quruluşçu operator artıq rejissorla birlikdə kamera arxasında çalışmış və 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti adına layiq görülmüş Rasim İsmayılovdur. Geyim rəssamı ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, Azərbaycan SSR-in Xalq rəssamı (1974) Bədurə Əfqanlı olub.

Filmdə Dədə Qorqud rolunun ifaçısı Xalq artisti Həsən Məmmədovun aktyor məharəti xüsusilə yaddaqalan olub. Məhz onun ustalıqla yaratdığı obraz xalqın birlik rəmzinə çevrilib. Həşim Qadoyevin yaratdığı Qazan xan, Rasim Balayevin canlandırdığı Bamsı Beyrək, tanınmış gürcü aktyoru Qivi Toxadzenin ifasında Alp Aruz, aktrisalar Leyla Şıxlinskaya, Şəfiqə Məmmədova və İbarə Quilyevanın oynadıqları Banuçiçək, Burla Xatun, Selcan xarakterləri filmi tamaşaçı üçün daha da cəzbedici edib.

Qalan rolları Hamlet Qurbanov (Qıpçaq Məlik), Elçin Məmmədov (Qaraca Çoban), Fərhad Yusifov (Tural), Dinara Yusifova (Günel), Əli Haqverdiyev (Yalıncıq), Gündüz Abbasov (Bəybura), Əfrasiyab Məmmədov (Bayandur Xan) və başqa tanınmış teatr və kino xadimləri ifa ediblər.

“Dədə Qorqud” filmi Azərbaycan kinosunun tarixinə 1970-ci illərin milli kinosunun “Qızıl fondu”nun mühüm tərkib hissəsi, “Nəsimi” (1973) və “Babək” (1979) ilə yanaşı, Azərbaycan xalqı üçün vizual rəmzlərə, mədəni məzmuna və mənəvi əhəmiyyətə güclü önəm verən tarixi epik filmlərdən biri kimi daxil olub.

1970-ci illərin sovet kinosuna xas olan ideoloji ardıcıl yanaşmadan istifadə edən T.Tağızadənin ikihissəli tammetrajlı filmi Azərbaycan mədəni şüur tarixində parlaq iz buraxıb və dövrün fəlsəfi kinosunun rəmzinə çevrilib. Bu gün isə bu fəlsəfi ideya müasir dünyanın auditoriyası üçün xalqın keçmişi haqqında, birliyə, mədəni ənənələrə hörmətə çağırışı ehtiva edən dialoq kimi başa düşülür.

Rejissorun yozumunda filmin finalı xüsusilə maraqlı və dərin məna çalarlıdır. Bu da gələcək nəslə bir növ mesaj verir. Film qanlı döyüş meydanlarını münbit, məskunlaşmış torpaqlara çevirmək çağırışı ilə bitir: “Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz”.

Dədə Qorqudun bu məşhur ifadəsi film-dastanın əsas ideyasını təşkil edir.

Qeyd edək ki, materialın hazırlanmasında Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivi tərəfindən təqdim olunan fotoşəkillərdən istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH