Dekabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 2-5° isti, günün birinci yarısında 7-9°, günün ikinci yarısında isə 4°-yə yaxın isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9°, günün ikinci yarısında isə 4°-yə yaxın isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5 şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, gündüz arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
gündüz arabir yağış, axşama doğru dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 2-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.