Dekabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 3-5° isti, gündüz 8-13°, Bakıda gecə 2-4° isti, gündüz 9-11° olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-4° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.