Dekabrın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, səhər tədricən tutulacağı, bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir. Axşama doğru temperatur 0°-yə yaxınlaşacaqdır.
Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Axşama doğru temperatur 0°-yə yaxınlaşacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gün ərzində yağıntı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Gecə 4-9° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
yağıntı olacağı, qar yağacağı gözlənilir.
Gecə 5-10° şaxta, gündüz 3 şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gün ərzində bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Gecə 0-3° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gün ərzində bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° isti, gündüz 4-9° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir.