Dekabrın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 0-3° isti, gündüz 5-9° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 4-9° şaxta, gündüz 5-10° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı- Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan müsbət 2-dək olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
səhər və gündüz bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.