Dekabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Axşam buludluluğun artacağı, gecəyə doğru çiskinli olacağı ehtimalı vardır. Saniyədə 8-13, gündüz isə arabir 16-20 metr sürətlə cənub-qərb küləyi əsəcəkdir.
Temperatur gecə 1-3° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Hava əsasən yağmursuz keçəcəkdir. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperatur gecə 5-10° şaxta, gündüz 5-10° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında
Hava əsasən yağmursuz, gecə və səhər duman olacaqdır.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, arabir güclənəcəkdir.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcəkdir.
Temperatur gecə 3° şaxtadan 2° isti, gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı- Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, arabir güclənəcəkdir.
Temperatur gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan müsbət 2-dək isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
Hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, arabir güclənəcəkdir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, axşam az yağıntılı olacağı gözlənilir. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, dağlarda arabir güclənəcəkdir.
Temperatur gecə 3-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.