Dekabrın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 6-11° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 9-12° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 4-9° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə minimal temperaturun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 2-5° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti təşkil edəcəkdir.