Dekabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 760 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 4-8° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 1-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-9° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 8-dən 9-u axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi, 9-u axşam və 10-da isə atmosfer təzyiqinin kəskin yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 11-də meteoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün müsbət amildir.