Azərbaycan Dövlət İnformasiya Agentliyi

DEPUTATLARIMIZ SONUNCU MÜZAKİRƏLƏRDƏ DƏ FƏALLIQ GÖSTƏRMİŞLƏR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, AŞPA-nın qış sessiyasının sonuncu iş günündə “Avropadan kənarda və Avropada iqtisadi inkişaf” məsələsi müzakirə olunmuşdur.

Müzakirələr zamanı Milli Məclisin deputatı Qənirə Paşayeva da çıxış etmişdir. O demişdir:

“İndi Avropanı da ən ciddi düşündürən məsələ XXI əsrdə iqtisadi inkişaf sürətləridir. Xüsusilə Çinin iqtisadi artım göstəriciləri, Avropaya ən böyük enerji ixracçılarından olan Rusiyanın tuta biləcəyi mövqe, İran ətrafında gərginliyin artması ciddi düşünməyə əsas verir.

Sürətli iqtisadi inkişaf üçün ən vacib amillərdən biri daha ucuz, təhlükəsiz nəql edilən və alternativ enerji resursları mənbələrinə və yollarına malik olmaqdır. İkinci mühüm amil isə ucuz və təhlükəsiz nəqliyyat dəhlizləridir. Xüsusilə son günlər Ukrayna ətrafında baş verən hadisələr göstərdi ki, alternativ enerji mənbələrinin artması Avropa üçün çox vacibdir. Bu baxımdan Azərbaycanın daxil olduğu Xəzər regionu, Cənubi Qafqaz Avropa üçün böyük əhəmiyyət daşıyır və getdikcə bu önəm daha da artacaqdır. Çünki Azərbaycan öz zəngin neft və qaz ehtiyatları ilə yanaşı, Orta Asiyanın enerji mənbələrinin də Avropa bazarlarına daha ucuz və təhlükəsiz çıxarılmasında mühüm rol oynaya bilər. Azərbaycan nefti ilə yüklənmiş ilk tanker yaxın vaxtlarda Türkiyənin Ceyhan limanından dünya bazarlarına yola düşəcəkdir.

Eyni zamanda, gələn il Azərbaycan qazı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir. Bundan başqa dünyada gedən yeni bazarlar uğrunda mübarizə istiqamətində də Cənubi Qafqaz Avropanın iqtisadi inkişafına təkan verə bilər. Cənubi Qafqaz həm də Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizi, böyük İpək yolu və TRASEKA layihələri ilə bütün beynəlxalq güclərin əsas diqqət mərkəzindədir. Üstəlik Azərbaycan, Gürcüstan və Türkiyə öz dəmir yollarını birləşdirməklə yaxın vaxtlarda Avropanı Asiya ilə qovuşduracaq dəmir yolu şəbəkəsinə malik olacaqdır. Bu isə ucuz nəqliyyat dəhlizi deməkdir.

Cənubi Qafqazı yeni qonşuluq siyasətinə daxil edən Avropa İttifaqı bu regionun qitə üçün böyük əhəmiyyət daşıdığını bəyan edib. Cənubi Qafqazın Azərbaycan və Gürcüstan kimi dost və qardaş ölkələri də Avropa ailəsinin bir üzvü olmağa, Avropa dəyərlərini bölüşməyə və onunla birlikdə inkişaf etməyə üstünlük verir.

Amma Avropanın iqtisadi inkişafı üçün müsbət rol oynaya biləcək Cənubi Qafqaz partlaya biləcək bir minadır. Onun partlaması təkcə region xalqlarının həyatına deyil, həm də Avropaya, onun iqtisadi inkişaf sürətinə təsir edə bilər. Bu minanın partlaması isə hər an mümkündür. Çünki Ermənistan hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı hələ də qaçqın-köçkün vəziyyətində yaşayır və neçə illərdir öz evlərinə qayıda bilməyən bu insanların artıq səbir kasası dolubdur. Çünki Ermənistan BMT-nin, AŞPA-nın və digər mötəbər təşkilatların qətnamələrinə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirməsi insanlarda problemin dinc yolla həllinə inamı azaldır.

Gürcüstana gəldikdə isə, Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri hələ də öz əməllərindən əl çəkmirlər. Bu bölgədə də vəziyyət hər an gərginləşə bilər. Ona görə də biz hesab edirik ki, Avropa qurumları bu münaqişələrin həllində daha fəal iştirak etməli, bu istiqamətdə qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün, lazım gələrsə, hətta təzyiqə əl atmaqdan da çəkinməməlidir.

Bir sözlə, Avropa özünün yeni ailə üzvlərinə sahib çıxmalıdır. Ən azı, Avropa ailəsi xalqlarının sürətli iqtisadi inkişafı naminə bu işdən çəkinməməlidir. Unutmamalıyıq ki, hadisələrin sürətlə dəyişdiyi bugünkü dünyada indi əsas tezislərdən biri belə ifadə olunur: bu gün tezdir, sabah isə gec olacaqdır”.

X X X

Sessiyanın sonunda “Dövlətin yıxılması ilə əlaqədar vətəndaşlıqdan məhrumedilmə hadisələri barədə xəbərdarlıq” adlı məruzə ətrafında çıxışlara qoşulmuş azərbaycanlı deputat Elmira Axundova bildirmişdir ki, bu məsələ çox aktualdır. Çünki hazırda Avropanın ərazisində bəzi ölkələrin dağılması və yeni dövlətlərin yaranması artıq intensiv bir prosesə çevrilmişdir.

E.Axundova keçmiş sovet respublikalarının SSRİ-nin süqutundan sonra bütün mənfi halları arxada qoyduğunu xüsusi vurğulamışdır. O demişdir ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra keçmiş Azərbaycan Respublikasının əhalisi vətəndaşlıq almış və onlar bunun üçün bəzi dövlətlərdə olduğu kimi, nə dövlət dilindən, nə də tarixdən imtahana çəkilməmişlər. Bu gün müzakirə olunan protokoldan neçə il öncə Azərbaycan əhalisinin hamısı dilindən və dinindən asılı olmayaraq, heç bir təzyiqə məruz qalmadan azad surətdə vətəndaşlıq hüququ əldə etmişlər. Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlı, ölkəmizə pənah gətirmiş mesxeti türkləri heç bir çətinliklə üzləşmədən Azərbaycan vətəndaşlığını qəbul etmişlər.

Amma bu gün Avropa Şurasının üzvü olan keçmiş Sovetlər Birliyinin bəzi respublikalarında isə vəziyyət tamam başqa cürdür. Həmin dövlətlərdə yaşayan və azlıq təşkil edən millətlərin nümayəndələrini nəyin bahasına olursa-olsun, həmin ölkənin vətəndaşı etmək istəyir, əks halda, onları yaşadıqları ərazilərdən zorla çıxarmağa səy edirlər.

E.Axundova protokolda göstərilən müddəaların bəzi ölkələr tərəfindən tamamilə qəbul ediləcəyinə şübhə ilə yanaşdığını bildirmiş, onları Azərbaycanın təcrübəsindən öyrənməyə çağırmışdır.

X X X

Deputatlarımız üçün çox gərgin və çətin şəraitdə keçmiş qış sessiyası başa çatmış, onlar yanvar ayının 28-də vətənə qayıtmışlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib