DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:35]
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [14:30]