“DÜNYA AZƏRBAYCANLILARININ XARTİYASI” ÜZƏRİNDƏ İŞİ YEKUNLAŞMAQ ÜZRƏDİR
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Dünya azərbaycanlılarının xartiyası” üzərində işi başa çatmaq üzrədir.
Ölkənin 20-dək aliminin iştirakı ilə hazırlanan xartiya Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də Bakıda keçiriləcək iclasında müzakirə olunacaqdır.
Sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporun qarşısında duran tarixi vəzifələri özündə əks etdirən, azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanı hazırlamaqdır.
“Dünya azərbaycanlılarının xartiyası”nda xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]