Dünyada 38 milyon məcburi köçkün qeydə alınıb
Bakı 7 may, AZƏRTAC
Dünyada rekord sayda - 38 milyon məcburi köçkün var, bu da 2014-cü ildə hər gün təxminən 30 min insanın öz evini tərk etməsi deməkdir.
AZƏRTAC xəbər verir ki, bu məlumat Norveç Qaçqınlar Şurasının tərkib hissəsi olan Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi (MKMM) Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində təqdim etdiyi “2015-ci il üzrə qlobal icmal: Münaqişə və zorakılıq səbəbindən ölkə daxilində köçkün düşən insanlar” adlı hesabatında yer alıb. Hesabatda dalbadal üçüncü il rekord həddə çatan məcburi köçkünlük rəqəmləri əksini tapır. Həmçinin qeyd edilir ki, 2014-cü il ərzində zorakılıq hadisələri səbəbindən daha 11 milyon insan köçkün düşüb.
Hesabat hökumətlər, tərəfdaş QHT-lər və BMT orqanları tərəfindən təqdim edilmiş məlumatlara əsaslanır. Orada 60 ölkə və ərazidə münaqişə və geniş yayılmış zorakılıqlar nəticəsində yaranan məcburi köçkünlüklə bağlı rəqəmlər qeyd edilir, onların təhlil aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]