“Ekoerudit” məktəblilərin ümumrespublika ekoloji breyn-rinq bilik yarışı keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin respublika ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin birgə təşkilatçılığı ilə “Ekoerudit” məktəblilərin ümumrespublika ekoloji breyn-rinq bilik yarışı keçirilib. Məqsəd məktəblilərdə ekologiyaya maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibət formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirməkdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Eko-parkında baş tutan “Ekoerudit” bilik yarışının final mərhələsində breyn-rinqin zona mərhələsinin qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan, Quba, Lerik, Füzuli və Ağdaşı təmsil edən komandalar müxtəlif ekoloji mövzularda hazırladıqları elektron təqdimatları nümayiş etdiriblər. Məktəblilər “Tullantılara yox deyək!” mövzusunda praktik çalışmanı da yerinə yetirib, müxtəlif tullantılardan eksponatlar hazırlayıblar.
Bilik yarışının qaliblərinə diplomlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]