“Ekol Mühəndislik Xidmətləri” QSC Qazaxıstanın“Munay-Ekologiya” şirkəti ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 26 noyabr (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Qazaxıstanın “Munay-Ekologiya” şirkətinin baş direktoru Duman Aripbayevlə görüş olmuşdur.
QSC-nin baş direktoru Ramil Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir. R.Əliyev “Munay-Ekologiya” şirkətinin Qazaxıstanda ekoloji layihələr həyata keçirdiyini vurğulamış və bu baxımdan şirkətlə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını demişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə yeni, müasir qurğuların istehsalata tətbiqi sahəsində ətraflı fikir mübadiləsi aparılmış və gələcəkdə qarşılıqlı əlaqələrin yaradılması, eləcə də şirkətlərin ikitərəfli təcrübələrdən bəhrələnməsi məsələləri geniş müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]