“Ekoloji Park”da ağacəkmə aksiyası keçirilmişdir
Bakı, 26 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi bir sıra kütləvi, ekoloji-maarifləndirmə tədbirlərini həyata keçirməkdə davam edir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 26-da Ekologiya İdarəsinin təşkilatçılığı ilə ARDNŞ-in idarə və müəssisələrində çalışan ekoloqlar Suraxanı rayonunda yerləşən “Atəşgah” tarixi abidəsi və Xəzər rayonu ərazisində yerləşən “Qala” Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya etmişlər.
Sonra “Ekoloji Park”da yerləşən “Ekoloqlar bağı”nda ağacəkmə kampaniyası keçirilmişdir. Ağacəkmə kampaniyasında çıxış edən ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev tədbirin ekoloji maarifləndirmə və təbliğat cəhətdən əhəmiyyəti, tikintisi başa çatmaqda olan “Ekoloji park”ın salınmasının məqsədi, burada həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçılar ARDNŞ-in ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyəti, nəzərdə tutulan işlərdə ekoloqların rolu barədə fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]