“Ekoloji Park”da oktyabrda yaşıllaşdırma işləri aparılmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin “Ekoloji Park”ında oktyabrda yaşıllaşdırma işləri aparılmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parkın ərazisində 60 ləkdən ibarət “Açıq şitilxana sahəsi”ndə 165 mindən çox ağac-kol tinginə qulluq göstərilmiş, “Qapalı şitilxana sahəsi”ndə xüsusi şəbəkələrdə toxum səpini aparılmışdır. Ümumilikdə oktyabrda “Qapalı şitilxana sahəsi”ndə 14 min 700 toxum əkilmiş, 10 min 120 toxmaçar şəbəkələrdən polietilen torbalara köçürülmüşdür. Oranjereya bölməsində 400 müxtəlif növ otaq gülü yaşıl çiling və pöhrələrlə artırılmışdır.
Bakıda yerləşən parklardan oktyabrda 4 kiloqram Kanada ərkivanı, 4 kiloqram Xəzər lələyi və 2 kiloqram Eldar şamı toxumu tədarük edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]