Əlcəzair portalı Prezidenti İlham Əliyevin Şuşa şəhərində olması xəbərini yayımlayıb
Qahirə, 26 dekabr, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin dekabrın 24-də Şuşa şəhərində olması barədə xəbəri yayımlayıb.
AZƏRTAC-a istinadla ərəb dilində yayımlanan xəbərdə Prezident İlham Əliyevin Şuşa şəhərindəki Cıdır düzündə çıxışının əsas məqamları yer alıb. Bundan başqa, səfərlə bağlı fotoşəkillər və videomaterial da təqdim olunub.
Portal, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Şuşadan paylaşımını da yayımlayıb. Xəbər və videomaterial “Şuşanın ən gənc general-leytenantı 4 yaşlı Asif” sərlövhəsi ilə yerləşdirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə