Elektron elmin maddi-texniki bazası təkmilləşdirilir
Bakı, 6 yanvar, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “AzEduNet” təhsil şəbəkəsinin GEANT-ın (Gigabit Avropa Akademik Şəbəkəsi) xidmətlərindən istifadəsi istiqamətində işlər aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “EaPConnect” layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlığı quraşdırılıb və istismara verilib, eləcə də “AzEduNet” ilə “AzScienceNet” arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlığında 10 giqabit saniyə portlar aktivləşdirilib. Həmçinin 3 giqabit saniyə internet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir.
İnformasiya Texnologiyaları İnstitutunda, o cümlədən “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində bu il elektron elmin maddi-texniki bazasının təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmin səmərəsinin artırılması, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və s. istiqamətlərdə işlərin yerinə yetirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]