Elnur Soltanov: Metan qazının azaldılması prosesinə bütün ölkələr qoşulmalıdır
Şuşa, 22 iyul, Hikmət Əhmədov, Leyla Muradzadə, AZƏRTAC
Dünyada elə bir ölkə yoxdur ki, iqtisadiyyatına zərər vermədən karbon emissiyasını azaltmağın yolunu tapsın. Metan qazının azaldılması prosesinə bütün ölkələr qoşulmalıdır. Dövlətlər tərəfindən adaptasiyaya yönələn maliyyənin məbləği artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.
“Bizə yüksək səviyyədə dəstək lazımdır. Məsələn, Çində nazirlərin görüşü keçiriləcək. Həmçinin Azərbaycanın Şamaxı bölgəsində görüş təşkil olunacaq. Bu tədbirlərin hər biri dəstək məqsədi daşıyır”, - deyə COP29-un baş icraçı direktoru vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]