ERMƏNİLƏRİN ƏSL PLANLARI MEYDANA ÇIXDI
Son günlər Ermənistanın riyakar siyasətinin əsl məqsədi meydana çıxmışdır. Ermənistan rəhbərliyinin dəstəyi, təşəbbüsü və bilavasitə iştirakı ilə Yerevanda “Dünya erməni konqresi” öz işinə başlamışdır. Konqresdə müzakirə olunan əsas məsələlər isə, “Bütün dünya tərəfindən soyqırımının tanınması”, “Soyqırımı ilə əlaqədar Türkiyədən ərazi və maddi kompensasiya tələblərinin hüquqi platformasının yaradılması”, “Türkiyənin Azərbaycana dəstəyi və Türkiyə-Ermənistan münasibətləri”, “Diaspor ilə hökumət arasında əlaqələrin gücləndirilməsi”dir. Konqres iştirakçılarının iclasdan kənarda, dəhlizlərdə müzakirə etdikləri əsas məsələ isə Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini pozmaq üçün gələcək günlərdə tətbiq olunacaq əlaqələndirilmiş taktika və strategiyadır.