ERMƏNİSTANIN YIĞMA FUTBOL KOMANDASI BAŞ MƏŞQÇİSİZ QALDI
AZƏRTAC Rusiya kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, 2008-ci il Avropa çempionatının qrup seçmə mərhələsi çərçivəsində Azərbaycan yığma futbol komandasının rəqiblərindən biri Ermənistan millisinin hollandiyalı baş məşqçisi Henk Visman istefaya göndərilmişdir. Qeyd edək ki, komandaya 2005-ci ilin mayında baş məşqçi təyin olunmuş Vismanın rəhbərliyi ilə ermənilər 2006-cı il dünya çempionatının qrup seçmə oyunlarında keçirdikləri görüşlərdən yalnız birində Andorra millisi üzərində qələbə qazanmışdılar.
Bundan sonra, H. Visman karyerasını yalnız Yerevanın “Punik” komandasının baş məşqçisi kimi davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]