Əsas kapitala yönəldilmiş vəsaitin 55,6 faizi sənaye, 22,7 faizi isə tikinti sahələrinə xərclənib
Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 55,6 faizi sənaye, 22,7 faizi isə tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda əsas kapitala yönəldilmiş vəsaitin 12,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi olmaqla peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,8 faiz olmaqla informasiya və rabitə, dövlət idarəetməsi və müdafiə; sosial təminat, hər birində 0,3 faiz olmaqla təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,2 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.
Qeyd edək ki, yanvar-fevral aylarında əsas kapitala 1 milyard 965,2 milyon manat, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çox vəsait yönəldilib.