Əskişəhərdə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 22-dən 26-dək Türkiyənin şimal-qərbində yerləşən Əskişəhərdə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil ediləcəkdir.
Tədbirlər çərçivəsində fevralın 22-də Anadolu Universiteti Tələbə Mərkəzində fotosərgi və “Xocalıda nələr yaşandı?” mövzusunda konfrans keçiriləcəkdir.
Fevralın 24-də Hamamyolu Caddəsi Saatlı Meydanında fotosərgi təşkil olunacaqdır. Sərgidən sonra “Xocalıya ədalət” şüarı altında yürüş nəzərdə tutulmuşdur. Həmin gün tədbirlər Xocalı soyqırımına həsr olunmuş konfrans ilə başa çatacaqdır.
Fevralın 26-da isə Osmanqazi Universitetində “Türkiyə-Azərbaycan - qardaşlıq platformu” mövzusunda konfrans keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]