FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ QEYD EDİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhərdə yaşayan və burada müvəqqəti məskunlaşmış 175 müharibə veteranının iştirakı ilə toplantı keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlının “Azərbaycan Böyük Vətən müharibəsində” mövzusunda məruzəsi dinlənilmiş, hər bir veterana ərzaq bağlaması verilmişdir. Məktəblərdə, mədəniyyət evlərində əlamətdar gün münasibətilə ədəbi-bədii gecələr, foto sərgilər təşkil olunmuşdur. Burada şəhər ictimiyyətinin nümayəndələri və bədii özfəaliyyət kollektivləri Milli Ordu hissələrində Vətənin əsgərlərlə görüşəcəklər.