Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır

FHN: Kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır

Bakı, 12 mart, AZƏRTAC 

Kənd yaşayış məntəqələrində mərkəzi istilik sistemi olmadığından soyuq aylarda evlər fərdi qaydada, daha çox sobalar vasitəsilə qızdırılır və bu amil qış fəslində baş verən yanğınların sayının artmasında təsirini göstərir.

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev AZƏRTAC-a açıqlamasında deyib.

E.Babayev bildirib ki, bunun əsas səbəbi evlər qızdırılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi, bəzi vətəndaşların səhlənkarlığı, həyətyanı sahədə işləyərkən sobaları yanılı-saatlarla nəzarətsiz vəziyyətdə qoyması, həmçinin həmin müddətdə evdə nəzarətsiz qalan uşaqların odla dəcəllik etməsidir. Səhlənkarlıq bəzən çox böyük faciəyə səbəb olur. Kəndlinin illərlə alın təri ilə qurduğu ev və əşyaları qısa müddət ərzində yanıb külə çevrilir. Ailə qışın oğlan çağında küçədə qalır, əmlakını itirir. Bəzən isə yaşlı insanlar, kiçik yaşlı uşaqlar yanğından xilas edilə bilmir, həlak olurlar. Yaxud da suqızdırıcı cihazın hamam otağında qoyulması, təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla quraşdırılması və istismar edilməsi üzündən yaranan dəm qazı can alır, ailə faciəsi yaşanır.

Yaz, yay ayları kəndlərdə işin gərgin dövrü olur. Bu dövrdə kəndli taxıl, ot yığır, meyvə-tərəvəz məhsullarını toplayır. Tonlarla məhsulu maşına yükləyib həyətə gətirməyin, onu harasa yığmağın, yerbəyer etməyin, yaxud satmağın öz çətinlikləri, əziyyəti var. Təəssüf ki, kənd zəhmətkeşlərinin bəziləri belə əzab-əziyyətlə topladıqları məhsulun hara yığılması, qorunub saxlanılması barədə ciddi düşünmür, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının məhsulun yanğından qorunması barədə tövsiyələrinə məhəl qoymurlar. Xidmətin inspektorlarının tələblərinə baxmayaraq onlar çox vaxt məhsulu, xüsusən də otu yağış isladıb çürütməsin deyə mal tövləsinin, yaxud evin çardağına, üstündən elektrik xətti keçən əl damına yığıb saxlamağa çalışırlar. Ancaq onlar otu evin çardağına, tövlənin üstünə yığanda sobanın tüstü borusundan çıxan ani qığılcımdan, elektrik xəttində baş verən qısaqapanmadan yanğın törənəcəyi barədə düşünmürlər. Bununla yanaşı, mal tövlələrinin əsasən kənddaxili avtomobil yollarının kənarında inşa edilməsinə üstünlüyün verildiyini və bu tikililərin üzərinə otların yığılmasını nəzərə alsaq, yol keçən şəxs tərəfindən atılmış və küləyin nəticəsində otun üzərinə söndürülməmiş siqaret kötüyünün düşməsi də yanğının baş vermə ehtimalını artırır.

“Ümumiyyətlə, tikililərin çardaq hissəsinə yanar materialların, bu halda isə açıq və ya kipləşdirilmiş şəkildə otların yığılması yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olmaqla yanaşı, həmdə real təhlükədir. Tikintisi zamanı kənd yaşayış evləri ilə mal tövlələrinin yanğına qarşı ara məsafələrinə riayət olunmalıdır.

Təbii ki, bəzən, xüsusən də qışda kənddə işıqlar sönə bilər. Bu zaman kimsə tövləyə, əl damına baş çəkərkən oranı işıqlandırmaq məqsədilə kibritdən, çıraqdan istifadə etmək istəyir. Unudur ki, kibritdən çıxan ani qığılcımdan, bəzən də çırağın özündən də yanğın törənir.

Kənd yaşayış məntəqələrində şəhərdən fərqli olaraq yanğınla mübarizə işinin təşkili öz xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, baş vermiş yanğının söndürülməsi üçün əlavə köməyə ehtiyac yarandıqda, şəhər yerində bu məsələ qısa müddətdə öz həllini tapdığı halda, kənd yaşayış məntəqələrində isə qonşu rayonlara müraciət etmək zərurəti yaranır. Məsafəni və bəzən çətin keçilən dağ yollarını nəzərə alsaq, təhlükənin miqyası böyüyə bilər. Ona görə də kənd təsərrüfatında çalışan hər bir təsərrüfatçı Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən verilən tövsiyələri icra etməli, öz əmlakı ilə yanaşı başqalarının da zəhmətinin hədər getməsinə yol verməməlidir.

Həyətlərdə və heyvandarlıq komplekslərində ot, küləş tayaları evlərdən və digər tikililərdən aralıda qurulmalı, ara məsafələri gözlənilməli, eyni zamanda hər tayanın arası şumlanmalıdır ki, bir tayada yanğın baş verdikdə digərinə keçmə ehtimalı azalsın”, - deyə E.Babayev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib