Finlandiyada fəaliyyət göstərən Azərbaycan “Dostluq” cəmiyyəti 10 illik yubileyini qeyd edir
Helsinki, 10 mart (AZƏRTAC). Finlandiyada fəaliyyət göstərən Azərbaycan “Dostluq” cəmiyyəti mart ayında 10 illik yubileyini qeyd edir. Təranə Nəzərovanın rəhbərlik etdiyi cəmiyyət qarşısına milli ənənələrin möhkəmləndirilməsi, ana dilinin qorunub saxlanması, həmvətənlərimizin hüquq və maraqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin Finlandiyada təbliği kimi məqsədlər qoymuşdur.
Finlandiyanın mədəni həyatına tam inteqrasiya etmiş “Dostluq” cəmiyyətinin nəzdində gənclər təşkilatı, eləcə də uşaq dərnəyi, qadınlar klubu yaradılmışdır.
Bu günlərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beynəlxalq Qadınlar Günü münasibətilə Təranə Nəzərovanı xaricdə səmərəli fəaliyyətinə görə diplomla təltif etmişdir. T.Nəzərova demişdir ki, azərbaycanlıların birləşməsi, onların hüquq və azadlıqlarının müdafiəsi, həyat və fəaliyyətləri üçün əlverişli şərait yaradılması, böyüyən nəslin tərbiyəsi - bütün bunlar xaricdə yaşayan hər bir azərbaycanlı üçün olduqca ümdə vəzifələrdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]