Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa ölkəyə turist axınına görə dünyada liderlik edir

Bakı, 1 avqust (AZƏRTAC). Fransanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a Avropanın bu qədim ölkəsinin turizm potensialından bəhs edən material daxil olmuşdur.

AZƏRTAC azərbaycanlı turistlər üçün də olacağını nəzərə alaraq həmin yazını təqdim edir:

- İldə təxminən 82 milyon turist qəbul edən Fransa turizm sahəsində dünyada liderlik edir. Bu müvəffəqiyyət onun təbiətinin rəngarəngliyi və gözəlliyi, kəndlərinin özünəməxsus təkrarolunmazlığı, mədəni irsinin, o cümlədən muzeylərinin, tarixi abidələrinin zənginliyi ilə izah olunur. Fransa ABŞ və İspaniyadan sonra dünyada turizmdən ən çox gəlir götürən üçüncü ölkədir.

Rəsmi statistik məlumatlara görə, ötən il Fransaya 81,4 milyon turist gəlmişdir. Bu göstəriciyə əsasən o, ABŞ-ı (62,7 milyon), Çini (57,6 milyon), İspaniyanı (56,2 milyon) xeyli geridə qoymuşdur.

“Frans Press” agentliyinə müsahibə verən Fransanın turizm naziri demişdir: “Bir qədər səy göstərib, bu göstəriciləri yüksəltmək də olar. Amma deyin görək, hansı sektorda nəticələr turizmdə olduğu kimi ilbəil sürətlə artmışdır. 2010-cu ildə dövriyyəmiz 68,7 milyard, 2011-ci ildə 75,4 milyard, 2012-ci ildə isə 77 milyard avro olmuşdur. Biz çalışmalıyıq ki, ölkəyə turist axınında dünyada birinci yeri qoruyub saxlayaq, rəqabətə davamlı olaq, infrastrukturumuzu təkmilləşdirək, təkliflərimizi və göstərdiyimiz xidmətin səviyyəsini yüksəldək”.

2012-ci ildə illik 6 faiz artımla Paris şəhəri turizm sahəsində mühüm göstəricilərə nail olmuşdur. Fransa paytaxtına gələnlər arasında amerikalılar, britaniyalılar və çinlilər sayca üstünlük təşkil etmişlər. Ən böyük artım isə Yaxın və Orta Şərqdən gələn turistlər arasında müşahidə olunmuşdur. Paytaxtın turizm sektoru mütəxəssislərinin fikrincə, bu müvəffəqiyyət mədəniyyət proqramlarının daha dolğun olması ilə izah olunur. Mağazalar, modalar evi və zəngin mətbəx də Parisin cazibədarlığını artıran əsas amillərdir.

Turist axınının əsas hissəsi Parisə yönəlsə də, Provans və Lacivərd sahilləri, Luara vadisi, Atlantik okeanı sahili və cənub-qərb regionları da 1990-cı ildən bəri turistlərin sevimli yerlərinə çevrilmişdir. Luaranın məşhur qəsrləri, Marsel və Kassi arasındakı kiçik cazibədar körfəzlər, Avropada ən böyük hesab edilən Pilanın qum barxanı, bir sözlə, Fransanın görməli yerlərini saymaqla qurtarmaq olmaz. Onlardan 36-sı, o cümlədən Normandiyadakı Sən-Mişel dağı və körfəzi, Versal parkı və sarayı, Şartr kilsəsi, Karkasonun orta əsrlərə dair qalası UNESCO-nun ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Statistika məlumatlarına əsasən, 2012-ci ildə Paris mehmanxanalarında yerlərdən istifadə rekord səviyyəyə çataraq 68 milyon gecə təşkil etmişdir. Mehmanxanalarda qeyri-Avropa ölkələrindən, əsas etibarilə ABŞ, Yaxın Şərq və Asiyadan gələn turistlərin sayının çoxalması müşahidə olunur. 2012-ci ildə bu artım 9,7 faiz təşkil etmişdir. Onu da qeyd etmək lazımdır ki, müştərilərin artan tələblərini nəzərdə tutan, xidmət səviyyəsinə görə sertifikat alan çoxulduzlu mehmanxanalara tələbat get-gedə artır.

Fransanın turizm sektorunda 2 milyon adam çalışır. Onun dövriyyəsi 44 milyard avro təşkil edir ki, bu da ümumi daxili məhsulun 7 faizi deməkdir. Çoxulduzlu mehmanxanalara tələbat daha yüksəkdir. Hollandiyalılar isə kempinqlərdə qalmağa üstünlük verirlər.

Sonuncu statistika məlumatlarına əsasən, avropalı turistləri, daha doğrusu almanları, italyanları, belçikalıları Fransanın təbiətinin təkrarolunmaz gözəllikləri, mədəni irsi, kəndlərinin özünəməxsus xüsusiyyətləri, fransız regionları mətbəxində ən çox məşhur olan breton blinləri özünə daha çox cəlb edir. Əcnəbi turistlər arasında Tuluz ən məşhur fransız şəhəridir. Bu, ilk növbədə şəhərdə işgüzar turizm üçün müvafiq infrastrukturun olması ilə izah olunur. Şəhərdə təyyarəqayırma sənayesinə məxsus çoxlu sənaye müəssisələri vardır və iri şirkətlər il boyu konqreslər və seminarlar təşkil edir.

Pariz və Nitsa rus turistlərinin ən sevimli şəhərləridir, ruslar Fransanı turist marşrutları içərisində məcburi istiqamət hesab edir, onu romantikadan, ətriyyatdan və şərablardan ayrı təsəvvür etmir, və deyirlər ki, hər bir insan ömründə heç olmazsa bir dəfə Fransada olmalıdır. Tarixi və mədəni baxımdan digər Avropa ölkələri ilə müqayisədə Fransa rusiyalıları daha çox cəlb edir. “Atout France” (Fransada Turizmin İnkişafı) agentliyinin statistik məlumatlarına görə 2014-cü ildə Rusiya və Ukraynadan Fransaya gələn turistlərin sayı 1,3 milyon nəfər olacaqdır ki, bu da 2011-ci ildəkindən iki dəfə çoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “hoteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb